Universitet xəbərləri

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə turizm və menecement sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Son illər Azərbaycan Respublikasında qeyri-neft sektorunun, o cümlədən turizm sahəsinin inkişafı dövlətimizin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biridir. ATMU sözügedən sahənin inkişafı üçün peşəkar kadrların hazırlanması kimi mühüm vəzifənin öhdəsindən layiqincə gəlir. Fəaliyətində keyfiyyət təminatını rəhbər tutaraq ATMU bir çox uğurlara imza atmışdır. Universitetin “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi onunəldə etdiyi uğurları sırasındadır.

Universitetin xidmətləri

Elanlar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN