26.04.2024
Elm və innovasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 349
ATMU-da təhsil alan və ya təhsil müddəti başa çatmış doktorant və dissertantların nəzərinə!

     06.06.2024-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində fəlsəfə doktoru proqramı üzrə təhsil alan və ya təhsil müddəti başa çatmış doktorant və dissertantlar üçün ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkdir.

    İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı üçün lazım olan sənədləri (Dissertasiya mövzusuna dair təsdiq edilmiş 10 sual, ərizə, şəxsiyyət vəsiqəsinin surəti) 2024-cü il 20 may tarixinə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək ATMU-nun əsas korpusunda Elm və innovasiya şöbəsinə (I mərtəbə) təqdim etmək lazımdır.

 

Qeyd:

Dissertasiya işləri hazır olan və təhsil haqqı borcu olmayan namizədlər ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanına buraxılacaq.

 

Azərbaycan Turizm və Menecment Universiteti

K.Rəhimov küç. 822/23-cü məhəllə                             Tel:    (+99412)  564-42-33 (daxili 125)

AZ 1072, Bakı ş.,

Elm və innovasiya   şöbəsi                                                             

Email: h.qasimli@atmu.edu.az