SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.05.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 209
ATMU tələbələri məlumat sessiyasında

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə” Baku Marriott Boulevard” hotelin struktur rəhbərlərinin təqdimatında məlumat- sessiyası olub.

Tədbirdə hotelin Baş meneceri Elşən Qurbanəliyev, İnsan resursları üzrə meneceri Əzizə Əsgərova və koordinator Fidan Məmmədova qurumun infrastrukturundakı əhəmiyyətli yeniliklərdən, o cümlədən prioritet məsələlərdən ətraflı bəhs ediblər. İşə qəbul mərhələsində tələbə- namizədlərdən tələb olunan başlıca keyfiyyət amilinə peşəkar münasibət sərgiləyən qurum təmsilçiləri Qafqazın ən böyük hoteli-”Baku Marriott Boulevard”ın qonaqpərvərlik sənayesində strateji oyunçu statusunu hədəfləmək iddiasında qərarlı olduğunu bildiriblər.

Tələbələrin iştirakını şərtləndirən məlumat-sessiyası fikir mübadiləsi ilə yekunlaşıb.