Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə “Xidmət mühəndisliyi” fakültəsinin “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “Ayan” MMC-də tanışlıq turunda olublar.ATMU tələbələri “Ayan” MMC-nin fəaliyyət və inkişafına dair videoçarxı izlədikdən sonra müəssisə tərəfindən istehlak bazarına göndərilən müxtəlif çeşidli məhsulların hazırlanma texnologiyası ilə yaxından tanış olublar.