Tərcümə
Tərcümə ixtisası həm ingilis dilinə, həm də tərcüməçilik bacarıqlarına yüksək səviyyədə yiyələnmiş kadrlar hazırlayır.
Bu ixtisasda Yazılı tərcümə, Şifahi tərcümə, Ardıcıl tərcümə və qeydgötürmə texnikası, İctimai-siyasi tərcümə, Elmi-texniki mətn tərcüməsi, Diplomatik sənədlərin tərcüməsi, Turizm və qonaqpərvərlik terminologiyası, İqtisadiyyat və maliyyə ilə bağlı mətnlərin tərcüməsi, Səhiyyə və təbabətlə bağlı mətnlərin tərcüməsi kimi fənlərin tədrisi sayəsində tələbələr tərcüməçilik üçün zəruri terminologiyaya, bilik və bacarıqlara yiyələnirlər. Bu ixtisası bitirənlər nəinki turizm sahəsində, habelə dövlət orqanları və beynəlxalq təşkilatlarda, ixtisas dərəcələrinə uyğun müxtəlif sahələrdə tərcüməçi kimi çalışırlar. Tərcümə ixtisasının tələbələri ikinci kursda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin ATMU-dakı AATP qrupunda da təhsil almaqla ikili diplom ala bilirlər.