Arzu Qafarov

Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

18 – 19 noyabr tarixlərində Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbində turizm könüllülüyü ilə bağlı təqdimatlar keçirilib.

ATMU-nun və BTPM-nin rəhbərliyi, müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nəzdində könüllülük fəaliyyətinin təşkiliilə bağlı qurumun “Hüquq və insan resursları” şöbəsinin əməkdaşı Hüseyn Məmmədovun təqdimatında Turizm Könüllüləri Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr və inkişaf proqramları, eləcədə sosial və ekoloji aksiyaların, könüllülər tərəfindən ictimai formada turistlərə yardımın təşkilində ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmliliyi məsələlərindən danışılıb. Bildirilib ki, Turizm Könüllüləri Təşkilatının əsas məqsədi quruma üzv gənclərin fəaliyyətini əlaqələndirmək, milli və beynəlxalq səviyyədə iştirakçılığa şərait yaratmaq, peşəkar mütəxəsis hazırlığını şərtləndirən konsepsiyaları, layihə və proqramları həyata keçirmək, turizm könüllülərinin fərdi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırilmasına təkan verməklə bərabər, regionlarda könüllülər vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin etməkdən ibarətdir.

Diskussiya şəraitində keçirilən tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb və könüllü fəaliyyətinə maraqlı olan tələbələr üzvlük anketlərini doldurublar.

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş “SWIC - Spa and Wellness International Congress” adlı tədbir keçirilib.

“Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin “SPA və Wellness” industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir.

“Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb.

AHTTSA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı, mövcud imkanlardan səmərəli istifadə yolları, bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb.

Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.

ATMU-da Türkiyə Cümhuriyyətinin Atatürk Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin Marketinq kafedrasının birgə əməkdaşlığı çərçivəsində distant diskussiya təşəbbüsünə start verilib.

Marketinq kafedrasının müdiri i.ü.f.d,dos. Elmira Qocayeva tədbirə qatılanları salamladıqdan sonra “ Azərbaycanda turizmin inkişafı və bugünkü vəziyyəti” və baş müəllim Günel Teymurova “Qonşu ölkələrin iqtisadi sahəyə təsiri və marketinq strategiyalarının işləmə metodları”ndan bəhs ediblər. Distant diskussiya tədbirində Türkiyə Cümhuriyyətinin Atatürk Universiteti İqtisadi və Menecment fakültəsinin dekanı, Prof.Dr.Kerem Karabulutun Azərbaycan və Turkiyə Respublikalarının timsalında “Qonşu ölkələrdəki iqtisadi böhranın turizmə təsiri” mövzusuna həsr olunan analitik məruzəsi dinlənilib.

Qeyd edək ki,Prof.Dr.Kerem Karabulut 100-dən çox elmi əsərin və 18 dərs vəsaitinin müəllifidir.

15 noyabr 2019-cu il tarixində Azərabycan Turizm və Menecment Universitetinin Dillər kafedrası Təhsil Naziri cənab Ceyhun Bayramovun 28.08.2019-cu il tarixli F-516 nömrəli əmrlə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı “Narkomaniya və onu doğuran səbəblər" mövzusunda tədbir keçirdi.
Tədbirdə kafedra müdiri, dos. Seyidəli Məmmədli Dövlət proqramının mahiyyəti ilə bağlı geniş məlumat verdi. Müəllimlərdən dos. A.Xəlilov, baş müəllimlər A.Zöhrabova, X.Abbasov, A.Mürsəliyeva, A.Abbasov, M.Allahquluyeva narkomaniya və onu doğuran səbəblər, narkomaniyaya qarşı mübarizə, üsul və vasitələri haqqında danışdılar.

Tədbirdə gənclər arasında aparılacaq təbliğatın üsul və vasitələrini genişləndirmək və kütləviləşdirmək qənaətinə gəlindi.

1 -dən səhifə 17

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…