Son xəbərlər (428)

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov çıxış edərək zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya siyasətindən və 20 Yanvar faciəsinin acı nəticələrindən söz açıb. O, keçmiş SSRİ rəhbərliyi tərəfindən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini faktlarla diqqətə çatdırıb.

“Azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımız otuz il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail oldular. Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni də unutmağa, unutdurmağa haqqımız yoxdur”, - deyə Zaur Bağırov qeyd edib.

Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı hadisənin başvermə səbəbini xronoloji ardıcıllıqla nəzərə çatdırıb. O, 20 Yanvarın tariximizin qanlı, lakin şanlı, qürur səhifəsi olduğunu söyləyib.

Sonda 20 Yanvarla bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sesiyasına 29 dekabr 2019-cu il tarixindən start verilib.

Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov Təhsil naziri Ceyhun Bayramovun ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmrinə əsasən ATMU-da imtahan sessiyasının müvafiq qaydalar əsasında təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edildiyini, imtahan sessiyasının mövcud təhsil qanunvericiliyinə müvafiq keçirildiyinini diqqətə çatdırıb. Təhsil müəssisəsindəki imtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılmasının təmini məqsədilə zəruri tədbirlərin görüldüyünü, eyni zamanda müəllimlərin tələbələrlə dərsdənkənar məşğələlər keçirməsinin effektivliyindən danışıb. Professor Z.Bağırov daha sonra qeyd edib ki, qış imtahan sessiyası dövründə 2005 nəfərdən çox təhsilalan imtahan verəcək.Onlardan 1743 nəfəri bakalavr, 262 nəfəri isə magistrantdır. 2019-2020-ci tədris ilinin ilk imtahan sessiyasında imtahanlar yazılı,təqdimat və şifahi formada keçirilir. Tələbələrin biliklərini ifadə edə bilmələri üçün maksimum şərait yaradılıb, imtahan zalında proseslərin şəffaflığının təmini məqsədi ilə nəzarətçilər təyin edilib. İmtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınmasından ötrü imtahan qərargahı və apelyasiya komissiyası fəaliyyət göstərir.

Bundan başqa ATMU-da “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC, “Polad Group” şirkəti, “Pullman Baku Oteli”, “The Prime Group”, “Millenium Tourism” və “Flame Tour” turizm şirkətlərinin rəhbər şəxsləri, universitetin məzunları və tələbələrin valideynlərinin iştirakı etdiyi “açıq qapı” günündə bildirilib ki, 2019/2020-ci tədris ilinin qış imtahan sesiyası fevral ayının 3-də başa çatacaq.

ATMU-nun “İngilis dili” kafedrasının elmi-tədqiqat işi çərçivəsində hazırladığı “Turizm sahəsində istifadə üçün ingiliscə-azərbaycanca lüğət” dekabrın son günlərində çapdan çıxmışdır. Bu vəsait turizm sahəsinə aid 10300 söz və söz birləşməsinin tərcüməsini təqdim edərək turizm sahəsinə aid tərcümə lüğəti olmaq baxımından bir ilkdir. Lüğət ATMU-da peşəkar mütəxəssis hazırlığının müxtəlif pillələrində zəruri turizm terminologiyasının öyrədilməsində dərs vəsaiti kimi istifadə üçün nəzərdə tutulmuşdur. Qeyri-neft sektorunun prioritet sahələrindən biri olan turizm sənayesində çalışanlar, tərcüməçilər, eləcə də turistlər üçün də bu lüğətin əhəmiyyətli olacağı düşüncəsindəyik.

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb. Jurnala daxil edilən məqalələrdə ali təhsildə innovasiya fəaliyyəti, Azərbaycanın turizmi ilə bağlı beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması imkanları, Azərbaycanda otel və kurort infrastrukturunun mövcud vəziyyəti və onun iqtisadi qiymətləndirilməsi, Azərbaycanda turizm xidmətlərinin təşkili istiqamətləri, dünya təcrübəsində cazibə modeli anlayışı və onun tarixi inkişafı, iqtisadi informasiya sistemlərinin layihələndirilməsi və qurulması, Azərbaycanın tarixi turizmi və perspektivləri və s.məsələlər araşdırılıb və tədqiqat nəticələri təhlil edilib.

Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

1 -dən səhifə 107

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…