Rektor İlham Mədətov əlaçı tələbələrlə görüşüb

18 Mart 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasını uğurla başa vuran tələbələrlə keçirilən görüşdə ali təhsil müəssisəsinin fəaliyyətini şərtləndirən keyfiyyət göstəricilərinə nail olunmasından danışılıb. Qarşıdakı illərdə də yüksək təhsil nəticələrinin qazanılması istiqamətində planlaşdırılan vəzifələrə dair  geniş  fikir mübadiləsi  aparılıb.ATMU-nun rektoru İlham Mədətov universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin əlaçı tələbələrinin,o cümlədən müvafiq struktur rəhbərlərinin diqqətinə çatdırıb ki,gələcək turizmçilər, daha doğrusu  iştirakçı əlaçı tələbələr müəllim- valideyn qayğısını və onların təmənnasız zəhmətlərini layiqincə dəyərləndiriblər. Adıçəkilən fakültənin əlaçı tələbələri olublar.ATMU rəhbərliyi hər bir  tələbənin çalışqanlığı,həmçinin təhsil uğurlarını nəzərə alıb, onları təşəkkürnamə ilə  mükafatlandırıb.

64 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…