Azərbaycanda və Kubada turizmin inkişaf perspektivləri müzakirə olunub

19 Mart 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov 18 mart 2019 – cu il tarixdə ali təhsil müəssisəsində Kuba  Respublikasının Bakıdakı fövqəladə və  səlahiyyətli səfiri cənab Alfredo Nieves Portuondo   ilə görüşü zamanı ölkələrimiz arasındakı mövcud tarixi əlaqələrin möhkəmlənməsi və dinamik inkişafını şərtləndirən cəhətlərə münasibət bildirib. Qarşılıqlı səmimilik şəraitində keçən söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəaliyyət tarixində xarici əlaqələrin üstünlükləri, ikili dirlom proqramının yaratdığı imkanlar,tələbə-müəllim mübadiləsi, dünyanın nüfuzlu otel və turizm sənaye müəssisələrində  təcrübə semestrinin təşkili və sair məsələlər nəzərdən keçirilib.Rektor İlham Mədətov böyük elçini, o cümlədən ATMU-nun ixtisaslı kadr hazırlığı sahəsində perspektiv planları barədə məlumatlandırıb. hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və problemləri, ikitərəfli əməkdaşlıq  məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

40 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…