Elmi Şuranın iclası olub

13 Sentyabr 2019
Author :  

Dövlətimizin iqtisadi imkanları artdıqca elmi-texniki yeniliklərdən bəhrələnən gənc kadrların hazırlanması prosesinə xüsusi diqqət verilir. Nəzərə almalıyıq ki,peşəkar kadrlar, mütəxəssislər məhz universitet auditoriyalarında yetişir.

ATMU Elmi Şurasıının 2019/2020-ci tədris ilində keçirilən iclasında Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov şura üzvlərini salamladıqdan sonra gündəliyə “2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri və yeni tədris ilinə hazırlığın vəziyyəti” ilə bağlı Tədris işləri üzrə prorektor,professor Zaur Bağırovun hesabat-məruzəsinin, “Təkrar Yekun Dövlət Attestasiyasının təşkili” haqqında Tədris- metodiki şöbənin müdiri Simnar Mamedovun və fakültə dekanlarının, müvafiq struktur rəhbərlərinin çıxışlarının daxil edildiyini dedi. Universitetin Tədris işləri üzrə prorektoru Zaur Bağırov qeyd edib ki, 2019/2020-ci tədris ilində ATMU-ya bakalavriat səviyyəsində qəbul planı 95 faiz yerinə yetirilib. Belə ki, nəzərdə tutulan 515 plan yerinə 502 nəfər qəbul olunub.Onlardan 257 nəfəri (51 faiz) dövlət sifarişi əsasında, 245 nəfəri (49 faiz) ödənişli əsaslarla təhsil alacaq. Bildirim ki,cari tədris ilində ATMU-ya ali təhsilin magistratura səviyyəsində 25 ixtisaslaşma üzrə ayrılan plana 88 faiz əməl olunub.156 nəfər magistrandan 55 nəfəri dövlət sifarişi əsasında,101 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.Bu tədris ilində ATMU-nun tələbəsi adını qazananlardan 30 faizi 400-dən yuxarı,23 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

ATMU-nun Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov yuxarıda adıçəkilən çıxışı ilə bağlı təkliflərini səsləndirdi. Eyni zamanda Yekun Dövlət Attestasiyasının keçirilmə tarixi barədə təklifinin müzakirəsini irəli sürdü. ATMU Elmi Şurasının iclasında “2019/2020-tədris ili üzrə tələbə qəbulunun nəticələri və yeni tədris ilinə hazırlığın vəziyyəti”( məruzəçi prorektor Z.Bağırov), “Təkrar Yekun Dövlət Attestasiyasının təşkili” haqqında (çıxışçı S.Mamedov),cari məsələr sırasında ATMU-nun və Elmi Şuranın 2019/2020-tədris ili üçün iş planlarının, 2019/2020-ci tədris ili üçün Akademik təqvimin, həmçinin H.Əliyev Lektoriyasının iş planının təsdiqi, i.ü.f.d.Anar Mirzəyevə dosent adının verilməsi ilə bağlı AAK qarşısında vəsatət qaldırılması və təsdiq olunması səs çoxluğu ilə qəbul olundu.Elmi Şura üzvlərinin məruzə və çıxışlarina əlavə, o cümlədən təkliflərin nəzərə alınması qərara alınd

128 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…