ATMU-da “İstiqlaldan hürriyətə “adlı tədbir olub

28 Oktyabr 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü və Əhməd bəy Ağoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov çıxışında diqqətə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanına sahiblənib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 ildən sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan 18 oktyabr 1991 –ci ilə qədər və ondan sonrakı dönəmləri detallı şərh etdi. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tərəfindən ,o cümlədən BMT-yə üzv qəbul olunmaqla (2 mart 1992) beynəlxalq aləmdə de-fakto tanındığını dedi.

Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağoğlunun istiqlal və hürriyət uğrunda mübarizəsi” adlı məruzəsində diqqətə çatdırdı ki, Şuşada zadəgan ailəsində doğulan Əhməd bəy ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini mükəmməl bilirdi.

Birinci Tiflis gimnaziyasını (1885), "Kollec de Frans" və Siyasi Biliklər Məktəbini (1885-94), Sorbonna (Sorbon) universitetini bitirib. Avropada islamşünas alim kimi tanınıb, London konqresində "Şiə məzhəbinin mənbələri" adlı məruzə ilə çıxış edib. 1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti ilə çap olunan "Kaspi" (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə "Həyat" (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar (1908-ci ilədək) "İrşad" və 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən"Tərəqqi"adlı qəzetlərin redaktoru kimi fəaliyyət göstərib.

Daha sonra qeyd olunub ki, Əhməd bəy Ağaoğlu Azərbaycan parlamentinin sədrinin müavini kimi 1919-cu ildə Versal Sülh Konfransına qatılmaq üçün Parisə ezam olunub, lakin "gənc türklər" təşkilatının üzvü kimi yolda həbs edilərək Malta adasına sürgünə göndərilib.

Ankara Universitetinin professoru olan Əhməd bəy Ağaoğlu sürgün həyatından sonra elmi-siyasi, ədəbi-bədii və tarixi mövzulu əsərləri qələmə alıb.

ATMU-nun “İctimai fənlər” kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digər tədbir iştirakçıları 1991-ci ilin18 oktyabrınadək olan tarixi mərhələyə qısa ekskurs elədilər. “ATMU-nun ali təhsil müəssisəsi olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə töhfə verəcəyi” fikrini xüsusi vurğuladılar.

21 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…