Rusiya Universiteti ilə ATMU arasında əməkdaşlıq memorandumu imzalanıb

01 Noyabr 2019
Author :  

Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialı ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin dekanı səlahiyyətlərini icra edən, dos. Vüqar Nəzərov və Menecment kafedrasınn baş müəllimi Fuad Cabbarov Rusiya Ali Məhkəməsinin nəzdində fəaliyyət göstərən Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının təşkilatçılığı ilə keçirilən növbəti beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Rusiya Federasiyasının Sankt – Peterburq şəhərində gerçəkləşən növbəti tədbir “Səhiyyə sahəsində hüquqi məsuliyyət: nəzəri və praktiki məsələlər” mövzusuna dair idi. Beynəlxalq əhəmiyyətli tədbir hər il Rusiya Federasiyasını təmsil edən müxtəlif ali təhsil müəssisələrinin,qanunverici orqanların, millət vəkillərinin, federal icra hakimiyyəti orqanlarının, federal hakimlərin, hüquq mühafizə orqanları əməkdaşlarının, prokuror və vəkillərin iştirakı ilə adıçəkilən ölkənin müxtəlif şəhərlərində təşkil olunur. Beynəlxalq konfransda MDB –nin çoxsaylı universitetlərindən iştirakçı nümayəndələr fərqli mövzularda məruzələrlə çıxış ediblər. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları V.Nəzərov və F.Cabbarov səfər çərçivəsində Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının rektoru, professor Yaroslav Borisoviç Jalobovla görüşüblər. Görüş əsnasında hər iki universitet arasında beynəlxalq əməkdaşlıq çərçivəsində danışıqlar aparılıb və qarşılıqlı xidmət mübadilələri müzakirə edilib. Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialı ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdiriblər.

16 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…