ATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib

06 Noyabr 2019
Author :  

Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə noyabrın 6-da Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.

350-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov açıb. Təqdimatda təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, Avro-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klassların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, Avro-2020 Bakı Könüllülər Proqramına qeydiyyat 29 noyabr saat 23:59-da yekunlaşacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalından (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər

25 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…