ATMU-da İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

12 Noyabr 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Heydər Əliyev” lektoriyası və “Dillər” kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Universitetin rektoru İlham Mədətov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2019-cu il “Nəsimi ili” elan edildiyini diqqətə çatdirib. Böyük mütəfəkkir İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı mühüm rolunu detallı incələyən İ.Mədətov məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərin dəyərindən söz açıb. Ölkəmizdə ikinci Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyini,çoxşaxəli yaradıcılığına lirik şeirlərlə qədəm qoysa da, sonrakı mərhələlərdə söz,sənət,elm və fikir tariximizə ictimai-siyasi,humanist ideyaların carçısı, fəlsəfi qəzəlin banisi kimi daxil olduğunu deyib. Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsünün ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı ”Nəsimi yaradıcılığında hürufilik”, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva “Nəsimi yaradıcılığında kamil insan məsələsi”, universitetin müəllimlərindən Günel Əliyeva ”Nəsimi yaradıcılığında məhəbbət mövzusu”, Mehriban Allahquliyeva ”Nəsimi yaradıcılığında dil və üslub məsələləri” və Aytən Mövsümlü ”Nəsimi irsi bu gün”adlı məruzələrində Nəsimi yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini , dahi şairin ana dilində yazdığını, özündən sonra məktəb yaratdığını xüsusi vurğulayıblar.ATMU tələbələrinin ifasında Nəsiminin dünyanın bir sıra dillərinə tərcümə edilən şeirlərindən nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

63 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…