Mədəniyyət sahəsinin könüllüləri ordusuna ATMU da qoşuldu

14 Noyabr 2019
Author :  

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi könüllülük fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır.

13 noyabr 2019-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) adıçəkilən qurum tərəfindən mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahə potensiallarının səfərbər olunması və müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

ATMU-nun rektoru İlham Mədətov seminar iştirakçılarını salamladıqdan sonra,ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə böyük bir hərəkata çevrilməsi faktını yüksək dəyərləndirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev isə öz çıxışında Azərbaycan dövlətinin milli maraqları naminə universitet tələbələrinin, o cümlədən digər fəal gənclərin könüllülük hərəkatına qoşulacağına və ümumi işə töhfə verəcəklərinə əmin olduğunu ifadə edib.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən danışıb. Mərkəzin “İnnovativ inkişaf və təbliğat” şöbəsinin müdiri Nurəddin Babazadə birmənalı olaraq gəncləri könülllük fəaliyyətinə qoşulmağa səsləyib.

Qurumun “Gənc mədəniyyət işçiləri ilə iş” sektorunun müdiri Ceyhun Əhmədov “Könüllülük fəaliyyəti və gənclər” adlı təqdimat-məruzəsində könüllülük fəaliyyətinin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülük amilinin əhəmiyyətindən bəhs edib. “Mədəniyyət nümunələrinin tədqiqi və təbliğı” sektorunun müdiri Aygün Balabəyova isə “Könüllük fəaliyyətinin strateji tədbirlər planını” təqdim edib.

Son günlərədək mədəniyyət könüllüləri sırasına Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Humanitar Kollecinin tələbələri qoşulub.

39 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…