Arzu Qafarov

Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi könüllülük fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır.

13 noyabr 2019-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) adıçəkilən qurum tərəfindən mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahə potensiallarının səfərbər olunması və müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

ATMU-nun rektoru İlham Mədətov seminar iştirakçılarını salamladıqdan sonra,ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə böyük bir hərəkata çevrilməsi faktını yüksək dəyərləndirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev isə öz çıxışında Azərbaycan dövlətinin milli maraqları naminə universitet tələbələrinin, o cümlədən digər fəal gənclərin könüllülük hərəkatına qoşulacağına və ümumi işə töhfə verəcəklərinə əmin olduğunu ifadə edib.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən danışıb. Mərkəzin “İnnovativ inkişaf və təbliğat” şöbəsinin müdiri Nurəddin Babazadə birmənalı olaraq gəncləri könülllük fəaliyyətinə qoşulmağa səsləyib.

Qurumun “Gənc mədəniyyət işçiləri ilə iş” sektorunun müdiri Ceyhun Əhmədov “Könüllülük fəaliyyəti və gənclər” adlı təqdimat-məruzəsində könüllülük fəaliyyətinin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülük amilinin əhəmiyyətindən bəhs edib. “Mədəniyyət nümunələrinin tədqiqi və təbliğı” sektorunun müdiri Aygün Balabəyova isə “Könüllük fəaliyyətinin strateji tədbirlər planını” təqdim edib.

Son günlərədək mədəniyyət könüllüləri sırasına Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Humanitar Kollecinin tələbələri qoşulub.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Heydər Əliyev” lektoriyası və “Dillər” kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Universitetin rektoru İlham Mədətov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2019-cu il “Nəsimi ili” elan edildiyini diqqətə çatdirib. Böyük mütəfəkkir İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı mühüm rolunu detallı incələyən İ.Mədətov məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərin dəyərindən söz açıb. Ölkəmizdə ikinci Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyini,çoxşaxəli yaradıcılığına lirik şeirlərlə qədəm qoysa da, sonrakı mərhələlərdə söz,sənət,elm və fikir tariximizə ictimai-siyasi,humanist ideyaların carçısı, fəlsəfi qəzəlin banisi kimi daxil olduğunu deyib. Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsünün ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı ”Nəsimi yaradıcılığında hürufilik”, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva “Nəsimi yaradıcılığında kamil insan məsələsi”, universitetin müəllimlərindən Günel Əliyeva ”Nəsimi yaradıcılığında məhəbbət mövzusu”, Mehriban Allahquliyeva ”Nəsimi yaradıcılığında dil və üslub məsələləri” və Aytən Mövsümlü ”Nəsimi irsi bu gün”adlı məruzələrində Nəsimi yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini , dahi şairin ana dilində yazdığını, özündən sonra məktəb yaratdığını xüsusi vurğulayıblar.ATMU tələbələrinin ifasında Nəsiminin dünyanın bir sıra dillərinə tərcümə edilən şeirlərindən nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.

Tədbirdə AzərbaycanTurizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri,ölkəmizin turizm sənayesinin rəhbərləri və təhsil müəssisəsinin müəllim-tələbə heyəti iştirak edib.Rektor Ilham Mədətov adıçəkilən tədbirin ATMU-da təşkilindən məmnunluğunu bildirib. Universitetin mədəni,təhsil, idman və iş, sahəsində əhəmiyyətli sayılacaq tədbirlərə ev sahiblliyi etməsini müsbət dəyərləndirib.Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını bildirib

“Karyerada ilk addım” məşğulluq tədbirində iştirakçılara 32 dövlət və özəl müəssisədən, ümumilikdə 103 boş (vakant) iş yeri və təcrübə proqramları təklif olunub. Vakant iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə noyabrın 6-da Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.

350-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov açıb. Təqdimatda təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, Avro-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klassların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, Avro-2020 Bakı Könüllülər Proqramına qeydiyyat 29 noyabr saat 23:59-da yekunlaşacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalından (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər

1 -dən səhifə 16

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…