İlkin Qurbanlı

İlkin Qurbanlı

İT şöbənin operatoru

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu gündən (07.10.2019) Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 15 gənc xanım tələbənin iştirakı ilə “Qadınlar Turizmdə: Aşılan Sədlər” layihəsi çərçivəsində təlim - təcrübə proqramının icrasına başlanılıb.Layihənin təşkilində başlıca məqsəd ATMU tələbələrinin peşəkar inkişafını və turizm sahəsinə düzgün istiqamətlənməsini təmin etmək, adıçəkilən iş mühitinə sağlam düşüncə ilə alışmalarına zəmin yaradılmasından ibarətdir.“Sosial sahibkarlıq”, “Gendər məsələləri”, “Otel və İdarəçilik sistemi” mövzularını şərtləndirən 10 sessiyada nəzəri təlimlər ATMU-da, praktik vərdişlər isə “New Baku” otelində gerçəkləşəcək.Məlumat üçün bildirək ki, təlimin ilk həftəsi ATMU-nun məzunu, BUTA Art&Sweets təsisçisi Sara Rəcəblinin rəhbərliyi ilə “Sosial Biznes Anlayışının yaranması, əsas fərqlər və keyslər” mövzunun hərtərəfli müzakirəsinə və həmçinin qrup işlərinin hazırlanmasına həsr olunub. Növbəti həftələrdə keçiriləcək “Genderə giriş”, “Streotip Stiqma və Diskriminasiya” adlanan təlimlər isə Turana Nurinin təqdimatında keçiriləcək. Son 2 günlük təlim və 2 həftəlik təcrübə mərhələsinə SMART HOTEL MANAGEMENT- in əməkdaşı Diana Korobovanın moderatorluğu ilə yekun vurulacaq.ATMU tərəfindən dəstəklənən "Qadınlar Turizmdə: Aşılan Sədlər" adlı təlim - təcrübə proqramı oktyabrın 7-dən noyabrın 2-nə kimi davam edəcək. Layihənin təsisçisi Xəyalə Məmmədovadır.

12 iyul 2019-cu il tarixində Böyük Britaniyanın De Montfort Universitetinin nəzdində fəaliyyət göstərən Leicester Castle Biznes Məktəbinin professoru Malkolm Hoarenin iştirakı ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) seminar təşkil olunub. Təhsil sahəsində bilik və təcrübə mübadiləsini şərtləndirən görüş zamanı cənab Hoare öz ölkəsində sahibkarlıq təhsilinə verilən önəm, ömürboyu təhsil, həmçinin sosial və icma sahibkarlığının inkişafından danışıb. Sonda iştirakçıların çoxsaylı suallarını cavablandırıb

İyulun 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov bildirib ki, iclasın gündəliyinə “ATMU-da 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti” (məruzəçi Tədris-metodik şöbənin müdiri S.Mamedov) və “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması,cari məsələlərdən- ATMU-nun əsas elmi nəşri sayılan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi, i.ü.f.d.,Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın “Marketinqin müasir problemləri” (magistratura pilləsi) və “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın ”Strateji menecment” (bakavariat pilləsi) adlı fənn proqramlarının çapa tövsiyyəsi, eyni zamanda müxtəlif kafedra əməkdaşlarının müzakirəsindən sonra elmi şuraya təqdim edilən doktorantların dissertasiya mövzuları və  elmi rəhbərlərinin təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyə olunması daxildir.Rektor İ.Mədətov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi vaxtdan ölkə vətəndaşlarının sosial müdafiəsi istiqamətində ardıcıl fəaliyyət strategiyası ümumtəhsil, peşə təhsili və ali təhsil müəssisələri işçilərinin həyatında da özünü təsdiqləyib. Azərbaycan Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı qeyd edilən fəaliyyət istiqamətinin əhəmiyyətli davamıdır. ATMU-nun Tədris-metodik şöbənin müdiri Simnar Mamedov “2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” məruzəsində qeyd edib ki, cari tədris ilində ATMU-da bakalavriat səviyyəsi üzrə 330, magistratura səviyyəsi üzrə 155 imtahan keçirilib. Bunlardan “Turizm və qonaqpərvərlik” fakültəsində 97 bakalavr, 48 magistr, “Biznes idarəçiliyi” fakültəsində 125 bakalavr, 60 magistr, “Xidmət mühəndisliyi” fakültəsində isə 108 bakalvr və 47 magistr imtahanları keçirilib. Ümumilikdə, bakalavriat səviyyəsi üzrə 1538 tələbə, magistratura səviyyəsi üzrə 204 tələbə imtahanlarda iştirak edib. Yekun imtahanların nəticəsi olaraq bakalavr tələbələrindən 72 , magistr tələbələrindən isə 39 nəticə  A (91-100 bal üzrə) səviyyəsində qiymətləndirilib. ATMU-da 2018/2019-cu tədris ilində  62 nəfər buraxılış işinin müdafiəsində, 206 nəfər dövlət imtahanında iştirak edib. Onlardan 190 bakalavr, 80 magistr məzun adını qazanıb.İclasın gündəmindəki “ATMU 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” hesabat-məruzə “Elm və inkişaf məsələləri” üzrə prorektor İranə Əliyeva, struktur rəhbərləri və elmi şura üzvlərinin müzakirə predmetinə çevrilib. Adıçəkilən yekun sənəd yekdilliklə qənaətbəxş dəyərləndirilib.Elmi şura iclasında cari məsələlərdən- “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması, ATMU-nun əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi,i.ü.f.d., Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın (magistratura pilləsi) “Marketinqin müasir problemləri”, “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın (bakavariat pilləsi) “Strateji menecment”adlı fənn proqramlarının çapa tövsiyyə edilməsi, Azərbaycan Turizm və Menecment Universitetinin əyani və qiyabi doktorantları- Tural Həsənzadənin, Rasim Manafovun, Şahmir Yadigarovun, Elnur İsayevin, İsmayıl Muradovun, Mirfərəc Abbasovun,Mahir Süleymanlının, Şahin Musayevin, Nərmin Göyüşlünün, Ləman Babayevanın, Azərbaycan Turizm və Menecment Universitetinin dissertantları Gülnar Həsənovanın, Enes Güney İkram oğlunun, Faina  Qaçabəyovanın, Səbinə Musayevanın dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqinə dair Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması təklifi səs çoxluğu ilə  qəbul olunub.Elmi şura iclasında irəli sürülən rəy və təkliflərin nəzərə alınması  tövsiyyə edilib.

Azərbaycan Turizm və Menecment Universitetində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Blanko Fondunun baş katibi Simone Giometti ilə görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov qonağa universitetin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və gələcək planlar haqqında ətraflı məlumat verib. Geniş fikir mübadiləsi şəraitində davam edən görüşdə mümkün əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi müzakirə edilib. Beynəlxalq təşkilatın müvafiq tədbirlərindən birinin ATMU-da təşkil edilməsi qərara alınıb.Qeyd etmək lazımdır ki, ATMU 2015-ci ildən Romualdo Del Blanko Fondu ilə əməkdaşlıq edir. İndiyədək ATMU nümayəndələri təşkilatın müxtəlif tədbirlərində fəal iştirak ediblər.

1 -dən səhifə 77

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…