Son xəbərlər (390)

ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva 23 - 27 avqust 2019 – cu il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və K. Stere adına Avropa Siyasi və İqtisadi Elmlər Universitetinin təşkilatçılığı ilə keçirilən “MDB ölkələrinin milli təhsil sistemlərinin qarşılıqlı əməkdaşlığı çərçivəsində universitet təhsili sistemi və elmi tədqiqatların səmərəliliyinin artırılması” adlı beynəlxalq tədbirdə iştirak etmişdir. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:

· Turizm və otelçilik

· Menecment

· Marketinq

· Maliyyə

· Regionşünaslıq(Qafqaz)

· Beynəlxalq münasibətlər

· Sosial iş

· Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

· Nəqliyyat servisi

· Biznesin idarə edilməsi

 

Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.

Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

· təhsil müəssisəsi rəhbərinin adına ərizə;

· təhsil haqqını ödəmək haqqında təminatlı müqavilə;

· ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;

· əmək kitabçasından çıxarış;

· şəxsiyyət vəsiqəsinin surəti;

· 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər 27 avqust -27 sentyabr tarixlərdə, həftənin I-V günləri saat 09:00-17:00 arası ATMU-nun əsas korpusunda qəbul edilir.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.

Təhsil azərbaycan, rus və ingilis dilindədir.

Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

Azərbaycan Turizm və Menecment Universiteti K.Rəhimov küç. 822/23-cü məhəllə Tel: (+99412) 012 5644233

AZ 1072, Bakı ş. (+99412) 012 5645411 Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

URL: www.atmu.edu.a

12 iyul 2019-cu il tarixində Böyük Britaniyanın De Montfort Universitetinin nəzdində fəaliyyət göstərən Leicester Castle Biznes Məktəbinin professoru Malkolm Hoarenin iştirakı ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) seminar təşkil olunub. Təhsil sahəsində bilik və təcrübə mübadiləsini şərtləndirən görüş zamanı cənab Hoare öz ölkəsində sahibkarlıq təhsilinə verilən önəm, ömürboyu təhsil, həmçinin sosial və icma sahibkarlığının inkişafından danışıb. Sonda iştirakçıların çoxsaylı suallarını cavablandırıb

İyulun 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov bildirib ki, iclasın gündəliyinə “ATMU-da 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti” (məruzəçi Tədris-metodik şöbənin müdiri S.Mamedov) və “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması,cari məsələlərdən- ATMU-nun əsas elmi nəşri sayılan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi, i.ü.f.d.,Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın “Marketinqin müasir problemləri” (magistratura pilləsi) və “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın ”Strateji menecment” (bakavariat pilləsi) adlı fənn proqramlarının çapa tövsiyyəsi, eyni zamanda müxtəlif kafedra əməkdaşlarının müzakirəsindən sonra elmi şuraya təqdim edilən doktorantların dissertasiya mövzuları və  elmi rəhbərlərinin təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyə olunması daxildir.Rektor İ.Mədətov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi vaxtdan ölkə vətəndaşlarının sosial müdafiəsi istiqamətində ardıcıl fəaliyyət strategiyası ümumtəhsil, peşə təhsili və ali təhsil müəssisələri işçilərinin həyatında da özünü təsdiqləyib. Azərbaycan Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı qeyd edilən fəaliyyət istiqamətinin əhəmiyyətli davamıdır. ATMU-nun Tədris-metodik şöbənin müdiri Simnar Mamedov “2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” məruzəsində qeyd edib ki, cari tədris ilində ATMU-da bakalavriat səviyyəsi üzrə 330, magistratura səviyyəsi üzrə 155 imtahan keçirilib. Bunlardan “Turizm və qonaqpərvərlik” fakültəsində 97 bakalavr, 48 magistr, “Biznes idarəçiliyi” fakültəsində 125 bakalavr, 60 magistr, “Xidmət mühəndisliyi” fakültəsində isə 108 bakalvr və 47 magistr imtahanları keçirilib. Ümumilikdə, bakalavriat səviyyəsi üzrə 1538 tələbə, magistratura səviyyəsi üzrə 204 tələbə imtahanlarda iştirak edib. Yekun imtahanların nəticəsi olaraq bakalavr tələbələrindən 72 , magistr tələbələrindən isə 39 nəticə  A (91-100 bal üzrə) səviyyəsində qiymətləndirilib. ATMU-da 2018/2019-cu tədris ilində  62 nəfər buraxılış işinin müdafiəsində, 206 nəfər dövlət imtahanında iştirak edib. Onlardan 190 bakalavr, 80 magistr məzun adını qazanıb.İclasın gündəmindəki “ATMU 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” hesabat-məruzə “Elm və inkişaf məsələləri” üzrə prorektor İranə Əliyeva, struktur rəhbərləri və elmi şura üzvlərinin müzakirə predmetinə çevrilib. Adıçəkilən yekun sənəd yekdilliklə qənaətbəxş dəyərləndirilib.Elmi şura iclasında cari məsələlərdən- “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması, ATMU-nun əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi,i.ü.f.d., Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın (magistratura pilləsi) “Marketinqin müasir problemləri”, “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın (bakavariat pilləsi) “Strateji menecment”adlı fənn proqramlarının çapa tövsiyyə edilməsi, Azərbaycan Turizm və Menecment Universitetinin əyani və qiyabi doktorantları- Tural Həsənzadənin, Rasim Manafovun, Şahmir Yadigarovun, Elnur İsayevin, İsmayıl Muradovun, Mirfərəc Abbasovun,Mahir Süleymanlının, Şahin Musayevin, Nərmin Göyüşlünün, Ləman Babayevanın, Azərbaycan Turizm və Menecment Universitetinin dissertantları Gülnar Həsənovanın, Enes Güney İkram oğlunun, Faina  Qaçabəyovanın, Səbinə Musayevanın dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqinə dair Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması təklifi səs çoxluğu ilə  qəbul olunub.Elmi şura iclasında irəli sürülən rəy və təkliflərin nəzərə alınması  tövsiyyə edilib.

5 -dən səhifə 98

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…