Son xəbərlər (441)

Azərbaycan Turizm və Menecment Universiteti Sosial menecment fakültəsində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Xarici indeksləşən jurnallara akademik məqalələrin hazırlanması” adlı treninq keçirilmişdir. Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyəti, bu və ATMU-nun digər kafedralarının doktorantları iştirak etmişdir.

Treninqin açılışını Beynəlxalq münasibətlər kafedrasının müdiri dos. C.Ə.Eyvazov etmişdir. Tədbirin məqsədlərindən danışarkən, o, müasir dövrdə elmi-tədqiqat işlərinin approbasiyasına dair olan tələbləri, akademik jurnalların əsas funksiyalarını və gənc tədqiqatçıların bu sahədə üzləşdiyi problemləri xüsusi vurğulamışdır.

Daha sonra kafedranın professoru, fəlsəfə elmləri doktoru, R.A.Əhmədli mövzu ilə bağlı çıxış etdi. Uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar elmlər şöbəsinə rəhbərlik edən professor R.Əhmədli, bu sahədə AAK-da qəbul olunmuş qaydalardan, xüsusilə doktorantların bu qaydaların yerinə yetirməsində üzləşdiyi problemlərdən söz açmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Z.B.Əliyev məruzəsində Web of Science, Scopus, Copernicus və РИНЦ elmi nəşrlərin biblioqrafik məlumatlar bazalarından, bu bazalarda indeksləşən jurnallardan və onlara akademik məqalələrin hazırlanması qaydalarından danışdı.

Tədbirin yekununda mövzu ilə əlaqədar doktorantların sualları cavablandırıldı, onlara dissertasiyalarının uğurlu approbasiyası ilə bağlı tövsiyələr verildi.

22 Dekabr 2019-cu il tarixində “Baku Business Management Center” in təşkilatçılığı və Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Horeca Forum Azərbaycan 2019” adlı forum keçirilib. Forumun təşkilində başlıca məqsəd otel, restoran, kafelərə rəhbərlik edən şəxsləri və sıravi işçiləri bir araya gətirib, mövcud ölkə içi xidmət səviyyəsinin yüksəldilməsini hədəfləyən tələblərin mütəxəssis səviyyəsində müzakirəsini aparmaq idi.
”Horeca Forum Azərbaycan 2019” adlı tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri prof. Novruz Quliyev, dos. Çingiz Əliyev, “Karyera və kommunikasiya” şöbəsinin müdir müavini Səidə Məmmədova və mütəxəssisi Aida Bayramova, ali təhsil müəssisəsinin 7 nəfər könüllüsü və müxtəlif ixtisas tələbələri qatılıblar.
Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri N. Quliyev adıçəkilən tədbirdə universitet və sənaye əməkdaşlığını şərtləndirən məsələlərdən danışıb.

Sonda ATMU-ya göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” və iştirakçılara sertifikat təqdim olunub.

Türkiyənin 5 ulduzlu “Lujo oteli”nin “İnsan resursları” şöbəsinin müdiri Safiye Sakallıoğu, Ön Büro müdiri Çağrı Kaya, Ön Büro müdir müavini Burak Vurucu, “İnsan resursları” şöbəsinin təmsilçisi Aynur Əliməmmədova, satış üzrə mütəxəssis Fuad Babayev Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olublar. Universitetin “Karyera və kommunikasiya” şöbəsinin müdiri Anar Eminov, müdir müavini Səidə Məmmədova, “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini Fərid Cabbarov,” “Beynəlxalq əlaqələr” şöbəsinin baş mütəxəssisi Elmira Hacıyeva və Tədris metodiki şöbənin təcrübə bölməsinin mütəxəssisi Elnurə Əliyevanın qatıldığı görüşdə ATMU və “ Lujo otel”arasında yaranacaq əməkdaşlığın parametrləri, tələbə və məzunlar üçün iş və təcrübə imkanları və sair məsələlər müzakirə olunub.

Daha sonra ATMU-nun turizm və otelçilik ixtisasında təhsil alan tələbləri “Lujo otel” haqqında təqdimatla tanış olublar. Təqdimatdan sonra müvafiq ixtisas tələbələrindən 67 nəfəri məqsədli müsahibəyə qatılıb.

16.12.2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Gənclər narkomaniyaya yox deyir”çağrışlı növbəti tədbir keçirilib. ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru, f.e.d., prof. İranə Əliyeva ictimai bəlaya çevrilən “Ağ ölüm”ə qarşı növbəti tədbirin faydalı olacağına əminliyini bildirib. Adıçəkilən maarifləndirmə tədbirində ATMU-nun “Marketinq” kafedrasının müdiri,i.ü.f.d.,Elmira Qocayeva, “Gənclərin Töhfəsi İctimai Birliyi”-nin sədri Asim Vəliyev və qurumun “Hüquq” departamentinin direktoru Rəşad Nəbiyev, “Gənclərlə iş” departamentinin müdiri Şahin Əliyev, “Green Start” akademiyasının rəhbəri Aysel Rəsulzadə, “Sağlam yaşam” üzrə Beynəlxalq təlimçi, GTİB-nin icraçı direktoru Məhsəti Yunusova “Gənclər narkomaniyaya yox deyir” adlı təlimin məqsəd və vəzifələrindən bəhs ediblər. İctimai təhlükə riskinin yüksək olması səbəbindən məhz narkomaniya ilə mübarizənin uzunmüddətli, çoxşaxəli və böyük maliyyə vəsaiti hesabına başa gəldiyini xüsusi vurğulayıblar.Təlimə qatılan ATMU tələbələrini narkomaniya ilə mübarizədə fərdi və eyni zamanda birgə fəaliyyətə çağırıblar.

6 -dən səhifə 111

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…