Son xəbərlər (390)

2018/2019- tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tərcümə ixtisası üzrə məzun adını qazanacaq  tələbələrindən  Rauf Bəşirli ATMU-nun, Firəngiz Niftəliyeva ADU-nun -hər ikisi dövlət sifarişli Tərcümə ixtisasında-, Nərmin Quliyeva ADİU MBA, Nuranə Həsənzadə ADU-nun İngilis ədəbiyyatı və Firuzə Muradova NDU-nun ingilis dili müəllimi ixtisasında DİM-nin növbəti təhsil səviyyəsindəki qəbul  imtahanlarında uğura imza atıblar. Beləliklə,adları qeyd olunan tələbə- məzunlarımız digər həmyaşıdları sırasında  magistratura pilləsində də təhsillərini davam etdirəcəklər.

 ATMU-nun tələbə- məzunlarına uğurlar arzulayırıq.

2018/2019-cu tədris ilinin yaz imtahan sessiyasında şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində imtahan qərargahı yaradılıb.Bu gün (12.06.2019) ATMU-da 2018/2019–cu tədris ilinin yaz imtahan sessiyasını izləmək məqsədilə keçirilən “Açıq qapı” günündə rektor İlham Mədətov “hər hansı ixtisas və peşənin layiqli mütəxəssisi olmaqdan ötrü müasir biliklərə yiyələnməyin başlıca meyar olduğunu” xüsusi vurğuladı. Universitet və ya kolleclərə daxil olmağın asan, lakin oxumağın çətinliklərindən söz açdı. Səbəbsiz və mənasız əyləncələrdən uzaq olmağı tövsiyyə etdi.Qeyd etmək lazımdır ki, ATMU-da 3 fakültə fəaliyyət göstərir. Konkret olaraq indiyədək ali təhsil müəssisəsinin “Turizm və qonaqpərvərlik” fakültəsində bakalavr və magistr pilləsi üzrə 21 qrupda 48 imtahan keçirilib. Ümumi imtahan nəticəsi isə 718 həddindədir. ”Biznes idarəçiliyi” fakültəsində 27 qrup üzrə 41 imtahandan 423, “Xidmət mühəndisliyi” fakültəsində isə 23 qrup üzrə 40 imtahandan 202 nəticə alınıb.2018/2019-cu tədris ilinin yaz imtahan sessiyası iyulun əvvəlində başa çatacaq.

İyunun 3-dən 7-dək ATMU-nun əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində İspaniyanin Alikante Universitetində təlimlərdə iştirak ediblər. Təlimlərdə Azərbaycan Respublikası Təhsil nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunub. Təlim moderatorlar- Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin (Isvec) alimi Viktor Kordas- tərəfindən aparılıb.Təlim universitetlərin Avropa Standartlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim - akreditasiya mövzuları çərçivəsində qrup işi, müzakirə və təqdimatlar formatında olub.Qeyd edək ki, Avropa Komissiyasının  maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə  Azərbaycan Turizm və Menecment Universitetini rektor musaviri Elvin Yusifli, layihə koordinatoru- dekan müavini Flora Ələsgərova, tədris söbəsinin müdiri Simnar Mamedov, beynəlxalq əlaqələr söbəsinin baş mütəxəssisi Humay Cəfərli və menecment kafedrasının müəllimi Aqil Vəliyev təmsil edib.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tədris metodik şuranın iclası keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru, TMŞ-nın sədri Hüseyn Həsənov 2018/2019-cu tədris ilinin yaz imtahan sessiyasına hazırlığın yekun nəticələrini diqqətə çatdırıb. Tədris metodik  şöbənin müdiri Simnar Mamedov imtahana nəzarət komissiyasının yaradıldığını, imtahan biletlərinin dekanlıqlara təhvil verildiyini bildirib. Şura üzvlərindən Zaur Bağırov, Novruz Quliyev, Bahadur Bilalov, Vüqar Nəzərov və digər struktur rəhbərləri yaz imtahan sessiyasına hazırlığı qənaətbəxş hesab ediblər.Rektor müşaviri Elvin Yusifli diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin təşəbbüsü və maliyyə dəstəyi, BMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “TedQual” və “ISO 9001” sertifikatların əldə edilməsini şərtləndirən təlim-tədris-tədqiqat üzrə fəaliyyətin yenidən qiymətləndirilməsi, hədəf bilinən sertifikatların alınması istiqamətində zəruri  yoxlamalara start verilib. E.Yusifli   “TedQual” sertifikatı təlim-təhsil-tədqiqat sahələrini ehtiva edən əhəmiyyətli tanınma sənədidirsə, “ISO 9001” keyfiyyəti idarəetmə standartı kimi əhəmiyyətlidir-deyib. Elə bu səbəbdən ATMU hər iki sertifikatdan faydalanıb və beynəlxalq nüfuz dairəsində yer almaq niyyətindədir.ATMU Tədris metodik şuranın iclasında “Xidmət mühəndisliyi” fakültəsinin dekanı Kənan Allahverdiyevin təqdimatı əsasında mövcud strukturun “Sosial menecment” fakültəsi adlandırılması təklifi Elmi Şura iclasının gündəliyinə daxil edilməsi tövsiyyə olunub.ATMU-da yaz imtahan sessiyasına başlanılıb. Yaz imtahan sessiyası iyulun 5-də başa çatacaq.

7 -dən səhifə 98

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…