Son xəbərlər (442)

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Elmira Qocayeva, Sabir Quluzadə və Sənubər Qənbərova Rumıniyanın Buxarest şəhərində “Artifeks” Universitetinin təşkilatıçılığı ilə keçirilən “Bilik cəmiyyətində innovativ iqtisadi-sosial yanaşmalar” adlı beynəlxalq konfransa qatılıblar. SİA-nın məlumatına görə, sözügedən beynəlxalq tədbirdə Azərbaycan, Rumıniya, Bolgariya, Serbiya, Rusiya, Moldova, İtaliya, Ukrayna və digər ölkələrin aparıcı ali məktəblərinin professor-müəllim heyəti, eləcə də müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər. Elmira Qocayeva “Turizm sahələrində rəqabətqabiliyyətli indeksə əsaslanan tədqiqatların aparılması” mövzusunda etdiyi çıxışında Azərbaycanın turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, M.Porterin rəqabətqabiliyyətlilik konsepsiyası və onun bazasında hesablanılan turizmin rəqabətqabiliyyətliliyi indeksinə təsir göstərən indikatorlar üzrə qiymətləndirmələr məsələlərinin geniş şərhini verib. Sabir Quluzadə “Milli valyutanın devalvasiyasının Azərbaycanın istehsal sənayesinə müsbət təsiri”nə dair məruzəsində Azərbaycanın əmtəə ixracı, xarici ticarətin, milli iqrisadiyyatın beynəlxalq rəqabətliliyinin artması, ölkənin strateji valyuta ehtiyatlarına aydınlıq gətirib. Sənubər Qənbərova isə “Turizm XXI əsrdə sosial-iqtisadi fenomen kimi” mövzusunu ehtiva edən məruzəsində XXI əsrdə dünyada və Azərbaycanda turizmin əsas inkişaf etmiş istiqamətləri və destinasiyaları haqqında detallı məlumat verib.

Həmçinin Rumıniyanın Buxarest şəhərində “Artifeks”Universitetinin təşkil etdiyi “Bilik cəmiyyətində innovativ iqtisadi-sosial yanaşmalar” adlı beynəlxalq konfransda ATMU əməkdaşları Azərbaycanın və Turizm və Menecment Universitetinin tanıtımını əks etdirən videoçarxları yayınlayıblar və Qarabağ həqiqətlərini iştirakçıların diqqətinə çatdırıblar.

Plenar iclasla işə başlayan tədbir öz fəaliyyətini müxtəlif bölmə iclaslarında davam etdirib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Rusiya Federasiyasının Yoşkar-ola şəhərindəki Povoljski Dövlət Texnologiya Universitetində “İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” mövzusuna həsr olunan elmi konfrans keçirilib.Fəlsəfə, sosial, iqtisadi, pedaqoji, mexanika, informasiya texnologiyaları, inşaat, ekologiya və s. sahələri əhatə edən aktual məsələlərin qloballaşma kontekstində analitik təhlilinə və müzakirəsinə həm xarici, həm də Rusiyanın nüfuzlu universitetlərindən onlarla alim,aspirant, magistrant qatılıb. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini Emin Quliyevin “Azərbaycan-Rusiya münasibətlərinin bu ölkələrin sosial-iqtisadi inkişafına təsiri “mövzusunda məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” adlı tədbirdə cəmiyyəti narahat edən məsələlərin səmərəli həllinə nail olunmasından ötrü davamlı elmi araşdırmaların aparılması, yekun nəticələrin müvafiq ali təhsil müəssisələrinin tələbələri, magistrantları, aspirantlanları tərəfindən mənimsənilməsi qərara alınıb.

12 dekabr 2019-cu il tarixində ATMU-nun İngilis dili kafedrasında “Şifahi nitqin qiymətləndirilməsi meyarları” mövzusunda seminar keçirilmişdir. Seminar qarşıdakı imtahan sessiyasında xarici dil üzrə şifahi nitqin qiymətləndirilməsi üçün optimal üsul və kriteriya axtarışına həsr olunmuşdur. ABŞ Səfirliyinin xətti ilə English Teaching Assistant olaraq fəaliyyət göstərən Kristina Konrad və Alangoya Tezel də seminarda iştirak edərək kafedra əməkdaşlarıyla bu məsələ ilə bağlı fikir bölüşmüşlər. Kafedra əməkdaşları seminarda şifahi nitqi qiymətləndirmə meyarlarını xarici müəllimlərlə müzakirə etmiş və   qiymətləndirmə üçün yekun sxem hazırlamışlar.

Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Ümummilli liderin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını faktlarla əsaslandıran İ.Mədətov gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın səmərəli tətbiqini, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini məhz Ulu öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib. Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təşəssümü olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışan ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı müasir müstəqil Azərbaycanı Ulu öndərin şah əsəri adlandırıb.

Geniş fikir mübadiləsi şəraitində davam edən tədbirdə Ümummilli liderə həsr olunan videoçarx göstərilib.

8 -dən səhifə 111

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…