Son xəbərlər (442)

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsis edilən Gənclər üçün Prezident mükafatçısı, ATMU-nun 2017-ci il məzunu, BUTA Art & Sweets layihəsinin təsisçisi Sara Rəcəbli dekabrın 11-də universitet tələbələrinin qonağı olub. “Sosial biznes və dayanıqlı inkişaf” mövzusunda keçirilən seminarda S.Rəcəbli “Sosial biznes,onun reallaşdırılması”, BMT-nin” Dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda sosial biznesin rolu”ndan ətraflı bəhs edib. 

Tədbirdə iştirak edən ATMU-nun rektoru İlham Mədətov tələbələrə tövsiyyə edib ki çalışqan tələbələrdən olsunlar. Fəxrlə məzunumuz dediyimiz Sara Rəcəbli və peşəkar kadr kimi uğur qazanan digər gənclərin sıralarını daha da genişləndirsinlər.

Sonda Sara Rəcəbli seminar iştirakçılarının suallarını cavablandırıb, rektor İlham Mədətovla birlikdə tələbələrlə xatirə şəkli çəkdirib.

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” ixtisasının 2-ci kurs tələbəsi Həmidə Həmzəzadə “Azərbaycan Könüllülük həftəsi” çərçivəsində 3000-ə yaxın gəncin iştirakı ilə keçirilən 2-ci Həmrəylik Forumunda Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ilin ən fəal könüllüsü mükafatı ilə təltif edilmişdir.

Tələbəmizi təbrik edir , ona gələcək fəaliyyətində uğurlar arzu edirik

APSC (Azerbaijan Public Speaking Competition) Böyük Britaniyanın ESU (The English Speaking Union) təşkilatının tərəfdaşı olaraq Azərbaycanda tələbələr arasında ingilis dilinin təbliği və onların beynəlxalq proqramlarda iştirakını təmin edən bir platformadır. 100 illik təcrübəyə malik ESU dünyanın 54 ölkəsini özündə birləşdirir və həyata keçirdiyi layihələrdə dünyanın 1 milyondan artıq gənci iştirak etmişdir.

Beynəlxalq natiqlik yarışması olan International Public Speaking Competition 2020 Azərbaycanda 5 mərhələ üzrə milli yarışlarını başa çatdırmışdır. Ən yüksək balla qiymətləndirilən 15 nəfər finala vəsiqə qazanmışdır. ATMU-nu bu yarışmada təmsil etmiş 4-cü kurs LQ 1601 qrupunun tələbəsi Bəxtiyar Verdiyev finala vəsiqə qazanaraq son 15-liyə daxil olmuş və son mərhələdə isə bu beynəlxalq yarışmanın fərqlənmə diplomu ilə təltif olunmuşdur.

Azərbaycan könüllülük siyasətini həyata keçirən və dəstəkləyən nümunəvi ölkələrdən biridir. Bu sözləri jurnalistlərə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransında deyib.“Biz Dövlət Turizm Agentliyi olaraq ictimai təşəbbüsləri nəinki dəstəkləyir, eyni zamanda, könüllülük işi ilə bağlı layihələrdə iştirak edirik. Bununla bağlı ölkəmizdə qərar qəbul olunub, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi yaradılıb. Bu konfransdan sonra adı çəkilən təşkilat rəsmi olaraq fəaliyyətə başlayacaq. Təşkilatın məqsədi Azərbaycanda bu sahəyə marağı olan, özlərini turizmdə sınamaq istəyən gəncləri gedən proseslərə cəlb etməkdir. Burada əsas mahiyyət ondan ibarətdir ki, könüllülər ölkədə turizmlə bağlı keçirilən tədbirlərdə iştirak etsinlər, fəallıq göstərsinlər, həm ölkənin qarşıya qoyduğu siyasətin həyata keçirilməsində, həm də öz karyeralarının formalaşdırılmasında rol oynasınlar”. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun rəhbərliyi ilə universitetin bir qrup tələbəsi də dekabrın 5-də keçirilən “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransının iştirakçısı olub. Rektor İ.Mədətov “Turizm Könüllüləri”Təşkilatı İctimai Birliyinin fəaliyyətinə uğurlar arzulayıb. ATMU tələbələrinin ixtisaslı kadr kimi yetişməsində İctimai Birliyin fəaliyyətindən səmərəli faydalanacağına əmin olduğunu xüsusi vurğulayıb.

9 -dən səhifə 111

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…