Son xəbərlər (441)

Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakültəsinin Menecment kafedrasının təşkilatçılığı ilə universitetdə “Narkomaniyaya yox” adlı növbəti tədbir olub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” və adıçəkilən sənəddə qeyd olunan xüsusi məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Həkim-narkoloq Asif Kəngərli narkotik vasitələrin insan orqanizminə mənfi təsiri, narkomanların bir sıra xəstəliklərə tutulma riskləri və s. barədə geniş məlumat verib. Tədbirə qatılan tələbələr və digər iştirakçılar mövzuya dair videoçarx izləyiblər. Tədbirin sonunda həkim-narkoloq A.Kəngərli tələbələrin çoxsaylı suallarını cavablandırıb.

“NewEra tours” şirkətinin direktoru Elçin Rüstəmov dekabrın 2-də “Qonaq spiker”statusunda Azərbaycan Turizm və Menecment Universitetində olub. “Turizm işinin təşkili” və “Otel idarə olunması”na dair seminarda E.Rüstəmov adıçəkilən mövzular ətrafında tələblərə hərtərəfli məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Qeyd edilməlidir ki, sənayə nümayəndələrinin ATMU-nun tədris prosesinə cəlb olunması ,nəzəri və praktiki bilikləri tələblərlə bölüşmələri “Karyera və kommunikasiya” şöbəsinin əsas fəaliyyət istiqamətindən biridir.Seminar universitetin“Turizm və otelçilik” ixtisasında təhsil alan tələbləri üçün təşkil olunub.

28 noyabr 2019–cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteinin “Sosial menecment”fakültəsinin “Qida məhsulları mühəndisliyi” ixtisasının bakalavr pilləsində təhsil alan (QM 1701) bir qrup tələbə AMEA Mikrobiologiya İnstitutunun ”Mikrobioloji biotexnologiya” laboratoriyasında olublar. “Mikrobioloji biotexnologiya”, “Mikrobiologiya, sanitariya və gigiyena” fənni üzrə praktik məşğələ saatında universitetin “Mehmanxana və restoran biznesi” kafedrasının dosenti, fənn müəllimi Gülnar Məmmədli, adıkeçən institutun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov və laboratoriya müdiri, b.e.d. Könül Baxşəliyeva “Mikrobioloji proseslər və onların əhəmiyyəti”mövzusunda çıxış ediblər.

ATMU tələbələri səfər çərçivəsində mikrobioloji tədqiqat üsulları ilə yaxından tanış olublar.

Azərbaycan Turizm və Menecment Universitetinin "Narkomaniyaya yox deyək" tədbirlər planının davamı olaraq, Universitetin II korpusun da, Sosial menecment fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sosial iş ixtisasının tələbələrinə "Narkomaniya-könüllü ölüm" adlı elmi seminar keçirilmişdir.
Seminarın açılışını Sosial menecment fakültəsinin dekanı dosent Kənan Allahverdiyev etdi. Kənan müəllim ölkəmizdə və dünyada bu problemdən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyası üçün gənclərin, xüsusilə Sosial iş tələbələrinin bu sahədə ixtisaslaşmalarının vacibliyinə toxundu.

Daha sonra Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Rüfət Malikəjdərli Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” və bu Proqramda qeyd olunan xüsusi məqamları tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, bu mövzuda mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi və tələbələrin bu mövzuda maarifləndirilməsi vacib addımdır.

Tədbirin gedişində narkomaniya asılılığı üzrə konsultant, həmçinin Universitetimizin tələbəsi Fərrux Ələkbərzadə narkotik vasitələrin hazırlanması, onların növləri və bu bəlaya düçar olmuş şəxslərin sağlamlıqlarının bərpası ilə bağlı məlumatları tələbələrin və digər iştirakçıların nəzərinə çatdırıb.

Daha sonra "Gənclərin Sağlamlıq Mərkəzi"-nin direktoru, kimyəvi asılılıq üzrə mütəxəssis və konsultant Kənan Hacıyev narkotik vasitələrin aludəçisi olan şəxslərin reabilitasiyası və sağlamlıqlarının bərpasında psixoloji amillərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, lahiyə formasında təşkil edilən bu tədbirin ikinci hissəsi dekabr ayının ikinci həftəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin tədbirin yekununda aidiyyəti orqanların da iştirakı ilə tədbir iştirakçıları sertifikatla təltif ediləcəklər.

10 -dən səhifə 111

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…