Son xəbərlər (441)

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1semestrlik təhsil imkanından uğurla faydalanıblar.    ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla görüşüblər. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa cənab səfirə görüş təklifini qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Görüş əsnasında ATMU tələbələrinin qarşıdakı tədris ilində  Türkiyənin müxtəlif nüfuzlu  otellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkaları  müzakirə olunub.Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1semestrlik təhsil imkanından uğurla faydalanıblar.    ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla görüşüblər. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa cənab səfirə görüş təklifini qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Görüş əsnasında ATMU tələbələrinin qarşıdakı tədris ilində  Türkiyənin müxtəlif nüfuzlu  otellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkaları  müzakirə olunub.

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın  “2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələri”nə dair iclası keçirilib.Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı c.ü.f.d. Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı b.ü.f.d., dos. Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və Appelyasiya komissiyasının sədri k.ü.f.d. Qahirə Məmmədovanın  təhlil-müqayisə formatında hazırladıqları  məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, I semestr və payız sessiyası üzrə  yekun imtahan  nəticələrin qənaətbəxş hesab olunmasına dair  qərar qəbul edilib. Elmi Şura iclasının gündəliyindəki ikinci məsələ üzrə ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanovun şura üzvlərinə təqdim olunan məruzəsi ətrafında aparılan fikir mübadiləsində bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla Azərbaycan Turizm və Menecment Universitetinin “2017-2020-ci illər üzrə Strateji plan”ının icrasına dair qərar qəbul olunub.Cari məsələlər sırasında i.ü.f.d. Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib. S.ü.f.d.Tərlan Növrəsli və i.ü.f.d. Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaqları üçün açıq səsvermə keçirilib.Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın  “2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələri”nə dair iclası keçirilib.Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı c.ü.f.d. Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı b.ü.f.d., dos. Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və Appelyasiya komissiyasının sədri k.ü.f.d. Qahirə Məmmədovanın  təhlil-müqayisə formatında hazırladıqları  məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, I semestr və payız sessiyası üzrə  yekun imtahan  nəticələrin qənaətbəxş hesab olunmasına dair  qərar qəbul edilib. Elmi Şura iclasının gündəliyindəki ikinci məsələ üzrə ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanovun şura üzvlərinə təqdim olunan məruzəsi ətrafında aparılan fikir mübadiləsində bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla Azərbaycan Turizm və Menecment Universitetinin “2017-2020-ci illər üzrə Strateji plan”ının icrasına dair qərar qəbul olunub.Cari məsələlər sırasında i.ü.f.d. Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib. S.ü.f.d.Tərlan Növrəsli və i.ü.f.d. Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaqları üçün açıq səsvermə keçirilib.

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2016-cı ildə çapdan çıxan tədris-metodik vəsaitlərin təqdimatı keçirilib. ATMU-da  rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos, Eldar Aslanov bildirib ki, ali təhsil müəssisəsinin 10 illik fəaliyyəti  ərzində 196 adda fənn proqramı, metodiki vəsait, metodiki göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub. Bundan başqa, 2012-ci ildən nəşrinə başlanılan və Ali Attestasiya Komissiyasının tövsiyyəsi əsasında nəşrlər siyahısına daxil edilən “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının dörd əsas və magistrların tədqiqat nəticələrinə dair “Xüsusi buraxılış”əlavəsi çapdan çıxır. E.Aslanov qeyd edib ki, 2016-cı ilin təqvim ilinin sonunda isə 44 adda tədris metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 15-i metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir. Onlardan bəziləri sahə tədqiqatı üzrə monoqrafik vəsait kimi diqqəti çəkdiyi halda, bəzilərinin  bərpa nəşr kimi özünə məxsusluğu var.  ATMU –da təşkil olunan təqdimat mərasimində universitetin Tədqiqat və İnkişaf şöbəsində bölmə rəhbəri, çap işləri üzrə məsul şəxs Qahirə Məmmədova müəllifləri təbrik edib, metodik vəsaitlərin çapolunma qaydaları və nəşr siyasəti ilə bağlı həlli vacib sayılan tələbləri  diqqətə çatdırıb.Yeni kitabların müəllifləri t.e.n., dos. Məhərrəm Zülfüqarlı, f-r.e.n., dos. İsrayıl İsgəndərov, i.e.n., dos. Flora Ələsgərova, i.e.n., dos. Anar Eminov, s.e.d.dos. Minanxanım Əsədli diqqət və qayğıya  görə minnətdarlıqlarını bildiriblər.Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2016-cı ildə çapdan çıxan tədris-metodik vəsaitlərin təqdimatı keçirilib. ATMU-da  rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos, Eldar Aslanov bildirib ki, ali təhsil müəssisəsinin 10 illik fəaliyyəti  ərzində 196 adda fənn proqramı, metodiki vəsait, metodiki göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub. Bundan başqa, 2012-ci ildən nəşrinə başlanılan və Ali Attestasiya Komissiyasının tövsiyyəsi əsasında nəşrlər siyahısına daxil edilən “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının dörd əsas və magistrların tədqiqat nəticələrinə dair “Xüsusi buraxılış”əlavəsi çapdan çıxır. E.Aslanov qeyd edib ki, 2016-cı ilin təqvim ilinin sonunda isə 44 adda tədris metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 15-i metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir. Onlardan bəziləri sahə tədqiqatı üzrə monoqrafik vəsait kimi diqqəti çəkdiyi halda, bəzilərinin  bərpa nəşr kimi özünə məxsusluğu var.  ATMU –da təşkil olunan təqdimat mərasimində universitetin Tədqiqat və İnkişaf şöbəsində bölmə rəhbəri, çap işləri üzrə məsul şəxs Qahirə Məmmədova müəllifləri təbrik edib, metodik vəsaitlərin çapolunma qaydaları və nəşr siyasəti ilə bağlı həlli vacib sayılan tələbləri  diqqətə çatdırıb.Yeni kitabların müəllifləri t.e.n., dos. Məhərrəm Zülfüqarlı, f-r.e.n., dos. İsrayıl İsgəndərov, i.e.n., dos. Flora Ələsgərova, i.e.n., dos. Anar Eminov, s.e.d.dos. Minanxanım Əsədli diqqət və qayğıya  görə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi  bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərinin Şağan kəndində fəaliyyət göstərən  1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində olublar. Adı qeyd edilən müəssisəyə ziyarətin təşkilində  başlıca məqsəd valideyn himayəsindən məhrum uşaqlara mərhəmətli insanlar əhatəsində olduqlarını, qayğı və diqqətdən kənarda  qalmadıqlarını bildirmək  idiATMU-nun mətbuat xidmətindən verilən məlumata görə ali təhsil müəssisəsinin müəllim və tələbələri sağlam həyat tərzindən məhrum soydaşlarımız üçün yaradılan şəraitlə tanış olublar.  Uşaqların əl işlərindən ibarət sərgiyə baxış zamanı isə tələbələrə 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin sakini Tərlanın hazırladığı suvenir hədiyyə olunub. Uşaq və qocalar evinə, eləcə də əlillər və sağlamlıq imkanları məhdud uşaqların yaşadığı müəssisələrə Azərbaycan Turizm və Menecment Universiteti kollektivinin vaxtaşırı   ziyarət etməsi, tələbələrdə mərhəmət hissinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi  bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərinin Şağan kəndində fəaliyyət göstərən  1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində olublar. Adı qeyd edilən müəssisəyə ziyarətin təşkilində  başlıca məqsəd valideyn himayəsindən məhrum uşaqlara mərhəmətli insanlar əhatəsində olduqlarını, qayğı və diqqətdən kənarda  qalmadıqlarını bildirmək  idiATMU-nun mətbuat xidmətindən verilən məlumata görə ali təhsil müəssisəsinin müəllim və tələbələri sağlam həyat tərzindən məhrum soydaşlarımız üçün yaradılan şəraitlə tanış olublar.  Uşaqların əl işlərindən ibarət sərgiyə baxış zamanı isə tələbələrə 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin sakini Tərlanın hazırladığı suvenir hədiyyə olunub. Uşaq və qocalar evinə, eləcə də əlillər və sağlamlıq imkanları məhdud uşaqların yaşadığı müəssisələrə Azərbaycan Turizm və Menecment Universiteti kollektivinin vaxtaşırı   ziyarət etməsi, tələbələrdə mərhəmət hissinin daha da güclənməsinə xidmət edir. 

95 -dən səhifə 111

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…