Son xəbərlər (390)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin nüfuzlu universitetlərinin müəllimləri üçün keçirilən akademik ingilis dili kursları sona çatıb.Dərslər Böyük Britaniyanın Lester Universitetinin eksperti Daqmara Qrabas və Emiliy Christine tərəfindən aparılıb.

Müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi ingilis dilinin akademik səviyyədə və ixtisasyönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir

Kurslarda Azərbaycan Memarlıq və İnşaat Universiteti,Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri iştirak ediblər. ATMU-nu Samir Məhərrəmov,Güllü Əsgərli,Leyla Əlizadə, Aidə Şəbiyeva təmsil ediblər.5 təqvim günü keçirilən dərslərin sonunda Daqmara Qrabas müəllimlərə sertifikatlar verib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

31 oktyabr 2019-cu il tarixində ATMU-nun "Turizm və Otelçilik" ixtisası üzrə təhsil alan tələbələrindən ötrü BMÜTT tərəfindən 1999-cu ildə qəbul edilən "Turizmin Qlobal Etik Kodeksi" sənədinin müzakirəsi keçirilib. Maarifləndirici tədbirdə kafedra müdiri Hafiz Hüseynov, müəllimlərdən Aynur Hüseynzadə, Rəfiqə Ağasıyeva,ŞəmsiyyəTahirbəyova, tələbələrdən Elşən Əhmədov, Rəşad Hacıyev, Əvəz Aslanlı, Dərya Hümbətova, Rəsul Məmmədov, Nailə Mirzəli, Emil Əliyev, Vüqar Xəlilov, Qumral İbrahimova, Atilla Nəbizadə və başqaları çıxış edərək sənədin əhəmiyyətindən danışıblar.

Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialı ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin dekanı səlahiyyətlərini icra edən, dos. Vüqar Nəzərov və Menecment kafedrasınn baş müəllimi Fuad Cabbarov Rusiya Ali Məhkəməsinin nəzdində fəaliyyət göstərən Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının təşkilatçılığı ilə keçirilən növbəti beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Rusiya Federasiyasının Sankt – Peterburq şəhərində gerçəkləşən növbəti tədbir “Səhiyyə sahəsində hüquqi məsuliyyət: nəzəri və praktiki məsələlər” mövzusuna dair idi. Beynəlxalq əhəmiyyətli tədbir hər il Rusiya Federasiyasını təmsil edən müxtəlif ali təhsil müəssisələrinin,qanunverici orqanların, millət vəkillərinin, federal icra hakimiyyəti orqanlarının, federal hakimlərin, hüquq mühafizə orqanları əməkdaşlarının, prokuror və vəkillərin iştirakı ilə adıçəkilən ölkənin müxtəlif şəhərlərində təşkil olunur. Beynəlxalq konfransda MDB –nin çoxsaylı universitetlərindən iştirakçı nümayəndələr fərqli mövzularda məruzələrlə çıxış ediblər. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları V.Nəzərov və F.Cabbarov səfər çərçivəsində Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının rektoru, professor Yaroslav Borisoviç Jalobovla görüşüblər. Görüş əsnasında hər iki universitet arasında beynəlxalq əməkdaşlıq çərçivəsində danışıqlar aparılıb və qarşılıqlı xidmət mübadilələri müzakirə edilib. Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialı ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdiriblər.

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ (ATMU) ƏMƏKHAQLARI ARTIRILIB

Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib ki, son illərdə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, ölkə prezidenti tərəfindən həyata keçirilən genişmiqyaslı sosial tədbirlər zərfində konkret olaraq Ali təhsil müəssisələrində çalışan əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məsələlərinin həyata keçirilməsi nəzərdə tutulub. Universitetdən verilən xəbərdə xüsusi vurğulanır ki, Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ATMU-nun professor-müəllim və inzibati heyət əməkdaşlarının əməkhaqları sentyabr ayından orta hesabla 30 (otuz) faiz artırılıb. Həmçinin maliyyə imkanları nəzərə alınmaqla gələcəkdə də əməkhaqlarının davamlı olaraq artırılması məsələsi gündəmdə saxlanılır.

2 -dən səhifə 98

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…