Son xəbərlər (390)

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri İsveçin Kral Texnologiya İnstitutu tərəfindən ali təhsildə təkmilləşdirilmiş tədris metodları mövzusunda təşkil olunmuş təlimdə iştirak ediblər.
Ali təhsil sahəsində çalışan peşəkarlar üçün keçirilən təlim Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində reallaşdırılıb. Beynəlxalq səviyyəli təlimdə Azərbaycan universitetləri ilə yanaşı, Çin, Yaponiya, Braziliya, Argentina, Çili, Kolumbiya və digər ölkələrin ali təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri də iştirak ediblər.

Təlimdə ATMU-nu universitetin rektor müşaviri Elvin Yusifli və Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov təmsil ediblər. Təlimin əhəmiyyəti barəsində danışan Elvin Yusifli bildirib ki, Kral Texnologiya İnstitutu tədris metodologiyaları sahəsində innovasiyaları təşviq edən qabaqcıl Avropa universitetlərindən biridir və beynəlxalq səviyyədə tanınan CDIO (Conceive-Design-Implement-Operate) təşəbbüsünü irəli sürüb. İlk dəfə mühəndislik ixtisası ilə əlaqədar tətbiq edilmiş CDIO konsepsiyasının əsas ideyası tədris strategiyalarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və sənaye təcrübəsinə uyğunlaşdırılması, təhsil prosesində tələbələrə qlobal çağırışlara cavab verən problem həlletmə bacarıqlarının aşılanmasıdır.

Elvin Yusifli qeyd edib ki, sözügedən tədris modelinin üstünlüklərindən biri təlim prosesi və öyrənmə motivasiyasına fərqli, daha konstruktiv yanaşma tətbiq etməsi ilə bağlıdır. Belə ki, CDIO metodologiyası tələbələrin əməkdaşlığı və kooperativ iş üsulları üzərində qurulub. Tələbələr tədris prosesi boyunca bir-birinin fəaliyyətinə rəy bildirir, konstruktiv tövsiyələr verir və nəticədə qazandıqları bilik və bacarıqlar barəsində tənqidi refleksiya etmək imkanı qazanırlar. Modelin digər özünəməxsus cəhəti odur ki, təlimin qiymətləndirmə predmeti tələbənin dərs müddətində öyrəndikləri deyil, öyrəndiklərini təlim nəticələrinə uyğun tətbiq edə bilmək bacarığıdır.

Kral Texnologiya İnstitutunda tədris proseslərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması praktikasını şərh edən Simnar Mamedov bildirib ki, İsveçin ali təhsil sahəsində rəqabət qabiliyyətini gücləndirən ən önəmli amil qlobal çağırışlara cavab verən təhsil proseslərinin mövcudluğudur. CDIO yanaşmasının təməlində sürətlə dəyişən ekoloji, iqtisadi və sosial reallıqları nəzərə alan və innovativ həll yolları irəli sürə bilən peşəkarlar yetişdirmək dayanır. İsveç universitetlərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulmuş müddəalar təhsil proqramlarının, o cümlədən sillabusların mənimsəmə nəticələrinin hazırlanmasında əsas istiqamət kimi istifadə olunur. Bu səriştələr çoxşaxəli olub sistemli düşünmə, proqnozlaşdırma, normativ-etik təhlil, əməkdaşlıq, tənqidi düşüncə və problemlərin inteqrativ həlli kimi bacarıqları ehtiva edir.

ATMU-da həyata keçirilən islahatların əsas məqsədi tələbəyönümlü ali təhsilə keçidin sürətləndirilməsidir. Bu məqsədlə təlimdə qazanılmış təcrübələrin ATMU-nun təhsil strategiyalarının təkmilləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə Avstriyanın İMC Krems Tədbiqi Elmlər Universitetinin müəllimi, xanım professor Elisabeth Hansa tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məhz "AATP BA Cohort 2017" qrup tələbələri üçün planlaşdırılan “Tədbirlərin təşkili və İdarəçiliyi” fənninin növbəti bölümü yeni formatda-"Bakı Kongress Mərkəzi" və 5 ulduz zəncir otellərlə müştərək tədris olunub. "Bakı Kongress Mərkəzi”ndən Nailə Şamxalova, "Boulevard Baku" otelindən Xalidə Babayeva və Sevinc Guliyeva, "Hilton Baku" otelindən isə Səbinə Quliyeva və Xəyalə Əsgərzadə məqsədli dərsin keyfiyyətli təşkilində və keçirilməsində xüsusi fəallıq göstəriblər

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) və eyni zamanda adıçəkilən proqram çərçivəsində təhsil alan tələbələr tədbir zallarını ziyarət ediblər.“Tədbirlərin təşkli və idarəçiliyi” fənninin müəllim, professor Elisabeth Hansa və Azərbaycan üzrə AATP proqram meneceri Humay Cəfərli bildiriblər ki, universitet tələbələri dərs prosesinin özəyi sayılan məlumatlardan qrup işlərində lazımınca yararlanıblar

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü və Əhməd bəy Ağoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov çıxışında diqqətə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanına sahiblənib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 ildən sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan 18 oktyabr 1991 –ci ilə qədər və ondan sonrakı dönəmləri detallı şərh etdi. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tərəfindən ,o cümlədən BMT-yə üzv qəbul olunmaqla (2 mart 1992) beynəlxalq aləmdə de-fakto tanındığını dedi.

Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağoğlunun istiqlal və hürriyət uğrunda mübarizəsi” adlı məruzəsində diqqətə çatdırdı ki, Şuşada zadəgan ailəsində doğulan Əhməd bəy ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini mükəmməl bilirdi.

Birinci Tiflis gimnaziyasını (1885), "Kollec de Frans" və Siyasi Biliklər Məktəbini (1885-94), Sorbonna (Sorbon) universitetini bitirib. Avropada islamşünas alim kimi tanınıb, London konqresində "Şiə məzhəbinin mənbələri" adlı məruzə ilə çıxış edib. 1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti ilə çap olunan "Kaspi" (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə "Həyat" (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar (1908-ci ilədək) "İrşad" və 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən"Tərəqqi"adlı qəzetlərin redaktoru kimi fəaliyyət göstərib.

Daha sonra qeyd olunub ki, Əhməd bəy Ağaoğlu Azərbaycan parlamentinin sədrinin müavini kimi 1919-cu ildə Versal Sülh Konfransına qatılmaq üçün Parisə ezam olunub, lakin "gənc türklər" təşkilatının üzvü kimi yolda həbs edilərək Malta adasına sürgünə göndərilib.

Ankara Universitetinin professoru olan Əhməd bəy Ağaoğlu sürgün həyatından sonra elmi-siyasi, ədəbi-bədii və tarixi mövzulu əsərləri qələmə alıb.

ATMU-nun “İctimai fənlər” kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digər tədbir iştirakçıları 1991-ci ilin18 oktyabrınadək olan tarixi mərhələyə qısa ekskurs elədilər. “ATMU-nun ali təhsil müəssisəsi olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə töhfə verəcəyi” fikrini xüsusi vurğuladılar.

BMT-nin Uşaq Fondu (UNİSEF), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə oktyabrın 17-də “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə gənclər siyasətinin dinamik inkişafı və gənclərlə birbaşa işləyən mütəxəssis ordusunun hazırlanması prosesinin vacibliyi məsələsi diqqətə çatdırılb. Müvafiq qurumun təşəbbüsünü dəstəkləyən BMT-nin Uşaq Fondu bu layihəyə beynəlxalq ekspertlər qismində Estoniyanın Tallinn Dövlət Universitetinin mütəxəssislərini cəlb edib.

UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, magistr proqramı tərtib olunarkən gənclərlə iş üzrə təxminən 500 mütəxəssisin rəyi nəzərə alınıb. 2018-2019-cu illərdə altı ali təhsil müəssisəsi - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti və Gəncə Dövlət Universiteti bu proqramın tətbiqinə başlayıb. Proqram ixtisaslaşma ilə bağlı tədris planlarına uyğunlaşdırılıb. Bu ali təhsil müəssisəsinin mütəxəssisləri tərəfindən UNİSEF-in Estoniyadan olan ekspertinin rəhbərliyi ilə magistr proqram üzrə 13 akademik kurs hazırlanıb. Təqdimat mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Sosial menecment” fakültəsinin dekan müavini Sabir Quluzadə və Marketinq kafedrasının müdiri Elmira Qocayeva iştirak edib. Ali təhsil müəssisəsilərinin nümayəndələri sırasında ATMU-nun kafedra müdiri Elmira Qocayeva adıçəkilən proqramın təqdimat mərasimində sertifikatla mükafatlandırılıb.

Qeyd etmək lazımdır ki,ki, layihənin ikinci mərhələsində - növbəti iki il ərzində Tallinn Dövlət Universitetinin köməyi və UNİSEF-in dəstəyi ilə Azərbaycan və Estoniya arasında “Gənclərlə iş” ixtisası üzrə müəllim mübadiləsi aparılaca.

3 -dən səhifə 98

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…